CÜDO
-----------
Tatami ustalarımızın mundialdakı fiaskosu davam edir
Məmmədədli Mehtiyevlə Murad Fətiyev də uzaq gedə bilməyib
Qətərin paytaxtı Dohada kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan idmançılarının da (9 kişi, 4 qadın) qatıldığı dünya çempionatı artıq ekvator xəttini keçib. Təəssüflər olsun ki, mundialın geridə qalan 5 günündə tatamiyə çıxan Azərbaycan təmsilçilərindən (11 cüdoçu) heç biri mükafatçılar arasında yer ala bilməyib. Qeyd edək ki, çempionatın beşinci günü daha iki cüdoçumuz - hər ikisi 90 kq-da güləşən Məmmədəli Mehtiyev və Murad Fətiyev mübarizəyə qatılıb. Di gəl ki, bu cütlüyümüz də özlərindən əvvəlki komanda yoldaşları kimi uzaq gedə bilməyib. Qeyd edək ki, 1\32 finaldan mübarizəyə qatılan və start görüşündə kamerunlu Kevin Budainanı, ardından isə Erlan Şerovu (Qırğızıstan) məğlub edərək 1\8 finala yüksələn Mehtiyev bu mərhələdə isveçli Markus Nyumanla bacarmayıb.
Murad Fətiyev də onun kimi ilk görüşdə Rumıniya təmsilçisi Aleks Kreti və ardından yunanıstanlı Teodoros Tselidisanı üstələsə də, 1\8 finalda üzləşdiyi İvan Silvaya (Kuba) uduzub.
Sabah isə daha bir cüdoçumuz - Zəlim Kotsayev (100 kq) mübarizəyə qatılacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.