FUTBOL: ÇL. 1\2 FİNAL
---------------
"Kral klubu" doğma divarlar arasında "Şəhərlilər"lə sülh bağlayıb
Dünən Avropada yenidən futbol həyəcanına start verilib. Söhbət UEFA Çempionlar Liqası turnirində 1\2 final mərhələnin "Real Madrid"lə (İspaniya) "Mançester Siti" (İngiltərə) arasında keçirilən ilk oyundan gedir. "Santyaqo Bernabeu" stadionunda baş tutan oyundan hamı çox şey gözləyirdi. Hətta sürpiriz gözləyənlər də vardə. Amma bu gözləntilərə baxmayaraq, dramatik və gərgin mübarizə şəraitində keçən bu oyunda tərəflər hərəyə bir qol vurmaqla müyadanı sülh şəraitində tərk ediblər - 1:1.
Matçın 36-cı dəqiqəsində Vinisius Junior dəqiq zərbə ilə hesabı açaraq "Kral klubu"nu hesabda irəli çıxarıb - 1:0. Bu onun ÇL-da 7-ci qolu olub. Lakin bundan sonra madridlilər "Şəhərlilər"in qapısına yol tapa bilməyiblər. Əvəzində isə 67-ci dəqiqədə Kevin de Bryune güclü və sərrast zərbə ilə hesab arasındakı tarazlığı bərpa edir - 1:1. Qapılara vurulan hər iki qol uzaq məsafədən vurulub. Maraqlıdır ki, meydanda "Mançester Siti" güclü görünəndə "Real" qol vuub. Və əksinə "Real" meydanda güclü görünəndə isə qonaq komanda qol vura bilib. Bunu hətta qonaq komandanın baş məşqçisi Pep Qvardiola da təsdiq edib: "Nə vaxt ki, meyanda biz daha yaxşı oynadıq, onda "Real" qol vurdu. Nə vaxt ki, onlar yaxşı oynamağa başladılar, onda da biz vurduq. Bütün hallarda matç çox çətin və gərgin keçdi. Belə də olmalıydə. Çündi bu Çempionlar Liqasının yarımfinalı idi və üstəlik də "Santyaqo Bernabeu"da keçirilirdi".
Bir məqamı da qeyd edək ki, hakimlər heyəti "Mançester Siti"nin vurduğu qolu hesaba almaya bilərdilər. Çünki Brunyenin qapıya zərbəsindən öncə top yan xəttən çıxmışdı. Lakin hakimlər buna diqqət yetirmədilər. Üstəlik buna üsyan edən "Real"ın baş məşqçisi Karlo Ançeloti hakimdən bir sarı kart da aldı. Cavab oyunu bir həftədən sonra İngiltərədə baş tutacaq. Kimin finala cıxacağı hələki bəlli deyil. Bəli olan odur ki, bu çütün qalibi finalı da uda bilər.
1-:1 hesabla bitən ilk oyunun göstəricilərinə meydanda 68 faiz topa yiyələnən qonaq komanda olub. Yeri gəlmişkən, "MS" son 21 oyunda məğlub olmayıb. 17 dəfə qalib gələn "Şəhərlilər" 4 dəfə də meydanı sülh şəraitində tərk edib.
Bu axşam isə ÇL-da daha bir yarımfinal oyunu olacaq. Burada iki İtaliya təmsilçisi, hətta eyni şəhərdən olan "Milan"la "İnter" qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.