CÜDO
--------
Səid Mollai də mundialda fiskoya uğrayıb
Qətərin pytaxtı Dohada kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan yığmasının da (4 qadın, 9 kişi) qatıldığı dünya çempionatı davam edir. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, mundialın bu günƏ təsadüf edən 4-cü günü də yığmamız üçün uğusuz olub. Belə ki, yığmanın liderlərindən biri sayılan və İJF-nın (Beynəlxalq Cüdo İttifaqı) reytinq cədvəlində öz çəkisinin üçüncüsü olan Səid Mollai (81 kq) də özündən əvvəl tatamiyə çıxan komanda yoldaşları kimi fiaskoya uğrayıb.Mübarizəyə ikinci mərhələdən qatılan çüdoçumuz start qarşılaşmasında kanadalı Fransua Qotye-Draperlə üzləşib. Qarşılaşma rəqibin qələbəsi ilə bitincə, təmsilçimiz mübarizəni erkən dayandırmaq məğburiyyətində qalıb.
Beləliklə, mundialın geridə qalan 4 günündə tatamiyə çıxan 9 cüdoçumuzdan heç biri mükafatçılar arasında yer ala bilməyib. Sabah isə daha iki təmsilçimiz - 90 kq-da çıxış edən Məmmədəli Mehdiyrvlə Murad Fətiyev tatamiyə çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.