HÜMBƏT QULİYEV:
Bu gün müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyidir
Bu gün qədirbilən xalqım müasir Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edir.
Həyat elə gətirdi ki, Ulu Öndərimiz Heydər Əliyev Moskvada olanda mən də orada çalışırdım və onun auditoriyanı heyran edən çıxışlarına canlı qulaq asmaq imkanım olurdu. Azərbaycanda rəhbərlikdə olanda mən də artıq buradaydım. Mənə bu böyük insanın çxışlarını canlı izləmək, hətta onun sahibkarlıqla bağlı apardığı bir toplantıda çıxış etmək, onunla dialoqda olmaq şərəfi də nəsib olub.
Bu dahi insan haqda bir şəxsi müşahidəmi bölüşmək istəyirəm.
Biz nəsil onun möhtəşəm natiqlik qabiliyyətinin şahidiyik. Eyni zamanda onun səbrlə insanları dinləmək qabiliyyəti də böyük idi.
Ulu Öndər çıxışçıya sona qədər danışmağa imkan verər, axırda özünəxas tərzdə deyərdi: - İndi də mövqeyinizi bildirin!
Əks mövqeyi olan insanlara belə sakit yanaşardı, amma mövqesiz insanları sevməzdi. Bu nəhəng insan kiməsə simpatiyası vardısa, dilə gətirər, o insana bunu səmimiyyətlə çatdırardı. Bunun əksi olan insanlara da antipatiyasını açıq bildirməkdən çəkinməsdi. Bunu o, təkcə öz tabeçiliyində olan insanlara deyil, qüdrətli Sovetlər İttifaqının rəhbərliyində olanlara belə cəsarətlə bildirər, mövqeyini həmişə açıq şəkildə ortaya qoyardı.
Allah müasir Azərbaycanımızın yaradıcısına rəhmət eləsin!
Həmişə qürur və iftixarla anacayıq!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.