BAHAR MURADOVA:
Heydər Əliyev Azərbaycanda hakimiyyət olimpinə parlaq bir ulduz kimi yüksəldi
Bu bir həqiqətdir ki, HEYDƏR ƏLİYEV in dünya siyasətçiləri və dövlət xadimləri arasında təkrarsız və unikal həyat yolu,tərcümeyi-halı,siyasi karyera yüksəlişi vardır.
Elə bir yüksəliş ki, bünövrəsində yalnız onun özünün şəxsi keyfiyyətləri, xarakter xüsusiyyətləri, dəmir iradəsi və qətiyyəti dayanır.
Sələfləri və nüasirləri arasında heç kəsin onunla oxşar tale yaşadığını söyləmək mümkün deyildir.
SSRİ kimi bir dövlətin zirvəsinə gedən yolda üzləşdiyi bütün çətinliklərə və maneələrə rəğmən əldə etdiyi uğurlar yalnız onun ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsi idisə, qısa bir dövr üçün bütün proseslərdən kənar saxlanması ona qarşı Mixail Qorbaçov tərəfindən qurulmuş məkr və hiyləgər gedişlərin nəticəsi idi.
Heydər Əliyevi hər kəsdən fərqləndirən bir cəhəti odur ki, belə bir əzəmətli yüksəlişdən, ona qədərki bütün dövlət rəhbərləri və yetkililərindən fərqli olaraq, məcburi enişdən sonra yenidən yüksəlməyi, öz xalqının dəstəyi və iştirakı ilə onun Lideri və Öndərinə çevrilməyi bacardı.
Azərbaycanda hakimiyyət olimpinə parlaq bir ulduz kimi yüksəldi.
Qayıdışı ilə ölkəsini Qurtuluşa, Dirçəlişə və İnkişafa qovuşdurdu. Özünün hakimiyyətdə olduğu dönəm və gələcək üçün Siyasi yol,Siyasi Varis və Böyük Hədəflər müəyyənləşdirdi.
Bir çoxlarının adəti üzrə hər şeyin onun üçün bitdiyini düçünməsinə rəğmən, yeni bir başlanğlc, yeni bir yüksəlişlə əbədiyyət qapılarını özü, xalqı və banisi olduğu Azərbaycan dövləti üçün daimi əsasda yenidən açdı.
Fenomenal siyasi tale sahibi olaraq bənzərsiz bir həyat yaşadı. Mənəvi ömrü fiziki ömrünü qat-qat üstələyəcək bir Dahi kimi yaratdığı şərəfli tarixlə birgə əbədi olaraq tarixə qovuşdu
Bu gün, Ünummilli Liderimiz, hər birimiz ücün göz önündən qəlblərimizə köcən Heydər Əliyevin 100 illiyində qəti bir əminliyim var ki, O, indiyə qədər olduğu kimi, bundan sonra da bütün bənzətmələr, müqayisələr və dəyərləndirmələrdən, ən əsası tarixin sınaqlarından Qalib çıxacaq.
RUHUN ŞAD OLSUN, ƏZİZ İNSAN !!!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.