FotoSRasim:
Ulu Öndərlə ilk görüşüm... (Naxçıvanda oldu...)
ULU Öndərin bu fotolarını 1991-ci ildə Naxcıvanda çəkmışəm. O vaxt Bakıda ULU Öndərə qarşı çırkin kompaniya gedirdi.Və belə bir vaxtda Bakıdan Naxçıvana dövlət qəzetinin ("Azərbaycan " qəzeti) müxbirinin gəlişi ehtiyatla qarşılanırdı. 4 günlük səfərimin 1 gün yarımını mehmanxanada qaldım. Ziyarətcim, yalnız, o vaxtlar "Azərbaycan" qəzetinin Naxçıvan üzrə müxbiri Möhsün Möhsümov idi. Rəhmətlik mənə deyirdi ki, AĞSAQQAL qəbul etməyincə bir adam sənə yaxın duran deyil. Burada hamı onun xeyir-duasından sonra hərəkətə gəlir. Düzü, bu mənim çox xoşuma gəldi, amma vaxt daralırdı. Mən reportajlarımı hazırlamalı idim. Bakida da dövlət qəzeti başda olmaqla Ulu Öndərə qarşı kompaniya səngimirdi... Gəl, indi buradan reportajla qayıt, görüm , necə qayıdırsan... Nəhayət, ULU Öndərlə görüşdük. İlk növbədə Bakıdakı iyrənc kompaniya barədə danışdı və az qala ona qarşı irəli sürülən ittihamların hamısını mənə xatırladaraq... cavab verdi. Sonra mənim mövqeyimi soruşdu. Bildirdim ki, mən siyasətçi deyiləm, fotomüxbirəm, amma onu deyə bilərəm ki, Vətənimizin bir parçası olan Naxçıvana qarşı aparılan bu kompaniya dövlətçiliyimizə xəyanətdir. Və bu ancaq ermənin xeyrinə işləyir. "Zənnimcə, Bakıdakı rəhbərlərimiz Sizin boyük həyat təcrübənizə arxalanıb, Sizinlə birgə düşmənə qarşı mübarizə aparsaydılar... Qarabağ problemimiz tez həll ounardı" (bu cümləni olduğu kimi verdim) ULU Öndərin üzü gülümsədi, mənim "mövqeyimə" başı ilə razılıq işarəsi etdi...
Bəli, ULU Öndərlə söhbətim çox əla alındı. Elə oradaca polis rəisi Allahverdini çağırtdırıb (Allahverdi sonralar Şamaxıda polis rəisi oldu və indi heç bilmirəm haradadı, amma cox operativ təşkilatcılıq qabiliyyəti var idi). M.Möhsümovun müşayətilə 3 günə bütün Naxçıvanı gəzdim və foto-reportajlarımı hazırladım.
...Və qayıtdım Bakıya... Bakida - redaksiyada mənı sürprizlər qarşıladı. Düz 2 ay... Bunu mənə ULU Öndər əvvəcədən xəbərdar etmişdı. Bilirdim ki, elə belə də olacaq...oldu da.Amma bəlkə də belə də olmalı idi. İLAHİ bilən məsləhət idi !!! (Nə isə, bu, artıq başqa söhbətin mövzusudur).
FOTO: S.RASiM ... ULU Öndərın Naxçıvandakı kabinetində. 1991-ci il
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.