CAVADXAN QASIMOV:
Ümummilli lider Heydər Əliyevin NDU-ya tarixi səfəri...
Xalqımızın ümummilli lideri, dahi Heydər Əliyevi anadan olmasının 100-cü ilində böyük hörmət və ehtiramla yad edirik. ALLAHA Şükürlər olsun ki, taleyimə böyük Şəxsiyyətlə görüşmək qismətini yazdı. 1999-cu ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetinə tarixi gəlişi zamanı bu şərəfə nail oldum.
Biz Heydər Əliyev dəyərlərinə, Onun siyasi xəttinə və həmişəyaşar ideyalarına daima sədaqətlə yaşamışıq. Mənə verilən ailə tərbiyəsində Heydər Əliyevə sədaqətli olmaq mühüm amil olaraq aşılanıb.
İftixar hissi duyuram ki, rəhmətlik əmim, tarixçi alim Hacı Abutalıb Qasımov (Hacı Abutalıb Ağa Kəngərli) ulu öndərimizin ən sadiq silahdaşlarından biri olub. Partiyamızın qurulmasında atam Yusif müəllimlə birlikdə Naxçıvanda (1992-ci il) milli liderimizin daima yanında olub. Onun xeyir duası ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri (1994-1995-ci illər), Ali Məclis Sədrinin birinci müavini (1995-2000-ci illər) və Ali Məclisin deputatı (2000-2005-ci illər) olub.
Harda olmağımızdan asılı olmayaraq, Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmək bizim üçün şərəfdir. Çünki, bu, Vətənimizə, dövlətimizə, qüdrətli Azərbaycanımıza xidmət deməkdir.
Böyük hörmət və ehtiramla
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.