Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Akademiya rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə
Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu
öndərin zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən bəhs edib. O, müstəqil
dövlətimizin banisi Heydər Əliyevin bütün sahələrdə sarsılmaz təməlləri müəyyən etdiyini,
onun dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı
bacaran siyasətçi olduğunu vurğulayıb. Akademiya rəisi dahi şəxsiyyətin zəngin irsinin
öyrənilməsi və gənc nəsil arasında təbliğinin önəmini diqqətə çatdıraraq müstəqil Azərbaycan
var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
Tədbirdə çıxış edən Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı, Akademiyanın
Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova və Tədris-metodiki işin təşkili şöbəsinin rəisi
İslam Hüseynov da Ümmumilli liderin Azərbaycanın inkişafı və dövlət quruculuğunun
gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən bəhs ediblər.
Daha sonra Akademiya tələbələrinin “Heydər Əliyev və Azərbaycanın hüquq siyasəti”,
“Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzularında çıxışları dinlənilib.
Tədbir bədii kompozisiya ilə davam edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.