BOKS
-----------------------
Məsud Yusifzadəylə Məhəmməd Abdullayev mundialda növbəti qələbəsini qazanıb
Ümid Rüstəmov və Mirşərif Kazımzadəsə DÇ-da mübarizəni dayandırıb
Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında boks üzrə keçirilən dünya çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundialın 7-ci günündə Azərbaycan millisinin 4 üzvü növbəti rinq döyüşünə çıxıb. Təəssüflər olsun ki, təmsilçilərimizdən ikisi növbəti qələbəsini qazanaraq, mərhələ keçdiyi halda, digər ikisi məğlubiyyətlə üzləşərək mübarizəni dayandırıb. Qeyd edək ki, mundialda ikinci döyüşünə çıxan Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra adını 1\8 finala yazdıran Yusifzadə həmni mərhələdə Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Döyüş mayın 9-da olacaq.
Günü qələbə ilə başa vuran ikinci boksçumuz Məhəmməd Abdullayev (+92 kq) olub. O da mundialda növbəti qələbəsini qazanıb. Qeyd edək ki, 1/8 finalda əlcəzairli Murad Kadini ilə döyüşən boksçumuz – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28) hesablı qələbə qazanıb və bununla da 1\4 finala yüksəlib. Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-da baş tutacaq.
İlk iki döyüşünü qələbə ilə bitirərək həm özünü. həm də pərəstişkarlarını ümidləndirən Ümid Rüstəmov (57 kq) üçüncü döyüşündə büdrəyib. O, bu dəfə Xavyer İbanes Diasla (Bolqarıstan) bacarmayıb. Nəticədə qələbə qazanan rəqib 1/4 finala yüksəlib.
Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında məğlubiyyətlə üzləşib. Boksçumuz Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşmada məğlubiyyətlə üzləşib və 1\16 finalda dayanıb.
Qeyd edək ki, yarışın 8-ci günündə (9 mayda) Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçainiylə (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan) ilə, Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovuyla (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) ilə yumruqlaşacaq.
Qeyd edək ki, mükafat fondu 5,2 milyon dollar təşkil edən dünya çempionatına mayın 14-də son final döyüşləri ilə yekun vurulacaq. İlk üç yeri tutan boksçular müvafiq olaraq, 200, 100 və 50 min dollar mükafat qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.