“Heydər Əliyev irsi milli sərvətimizdir” – Masallıda intellektual bilik yarışı
Masallıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyilə əlaqədar “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda rayonun tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinə yekun vurulub.
“ASAN” İntellektual İnkişaf Mərkəzindəki tədbir Masallı Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatının, “Masallı Gənclər Evi” SXM-nın, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mükafatlandırılma mərasimində çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. O, qeyd edib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər Evi” SXM-nın direktoru Fuad Mənsimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə Masallıda silsilə tədbirlər keçirilir. Ümummilli Liderin anadan olmasının 100 illiyilə əlaqədar keçirilən bugünkü tədbir xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətilə bağlı mövzuları əhatə edən suallar əsasında keçirilən bilik yarışında Hüseynhacılı kənd tam orta məktəbin “Qarabağ” komandası birinci, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin “Zirvə” komandası ikinci, Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin “Xarı bülbül” komandası isə üçüncü yerə layiq görülüb.
Qali komandalara diplom və hədiyələr təqdim edilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.