Masallıda taekvondo birinciliyinə yekun vurulub
Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan taekvondo idman növü üzrə rayon birinciliyinə yekun vurulub.
Masallı Taekvondo Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə az yaşlı uşaqlar, uşaq və yeniyetmələr iştirak ediblər.
Yarışların açılış mərasimi öncəsi Ulu öndər Heydər Əliyevin, Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, birinciliyin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmaq, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, taekvondo idman növünü inkişaf etdirmək, idmançıların texniki və fiziki hazırlıq səviyyəsini yüksəltməkdir.
Beynəlxalq Taekvondo Federasiyasının qaydalarına əsasən qızğın mübarizə şəraitində davam edən yarışların nəticələrinə əsasən qaliblər müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.