CÜDO
---------
Gənc cüdoçularımız Parisdə, yeniyetmələrsə Göygöldə Avropa Kubokuna qatılıblar
Bu gün Fransanın paytaxtı Parisdə gənclər arasında cüdo güləşi üzrə Avropa Kubokuna start verilib. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 21 ölkədən 372 idmançı medallar uğrunda mübarizəyə qatılıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunur.
Qeyd edək ki, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəblinin rəhbərliyi altında Avropa Kubokuna qatılan Azərbaycan komandasının heyəti belədir:
Qızlar: Fidan Əlizadə (57 kq),
Oğlanlar: Nizami İmranov, Nurlan Kərimli, Nicat Şirinov (hamısı 60 kq), İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev ()hamısı 66 kq), Qadir Hüseynov, Vüsal Qələndərzadə, Elnur Qasilov (hamısı 73 kq), Ömər Rəcəbli, Aslan Kotsoyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq), Kənan Nəsibov (+100 kq).
İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Yeri gəlmişkən bu gün Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr Avropa Kubokuna da start verilib. 2 gün davam edəcək turnirdə 18 ölkədən 268 cüdoçu medallar uğrunda mübarizə aparacaq.Turnirin ilk günü qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində, oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.