BOKS
----------
Nəbi İsgəndərov mundialda ilk döyüşünə çıxacaq
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən və Azərbaycan boksçularının da qatıldığı dünya çempionatı davam edir. Bu gün yığmamızın üzvlərindən Nəbi İsgəndərov (67 kq) mundialda ilk döyüşünə çıxacaq. O, 1\32 finalda İran boksçusu Əli Həbibinejadla qarşılaşacaq. Yeri gəlmişkən, İsgəndərov bu ilin fevralında Mərakeşdə keçirilən "Qızıl kəmər" seriyasının qalibi olub.
Sabah isə rinqə daha iki boksçumuz - Ümid Rüstəmova (57 kq, "Qızıl kəmər" seriyasının qalibi) və Məhəmməd Abdullayev (+91 kq) 1\8 final döyüşünə çıxacaq. Yeri gəlmişkən, bu mübarizəyə 1\32 finaldan qatılan Rüstəmovun hazırki mundialda 3-cü, start döyüşünü 1\16 finalda keçirən Abdullayevinsə ikinci döyüşü olacaq. Qeyd edək ki, mundiala Azərbaycan yığmasının heyətində qatılan 13 boksçudan 4-ü - Sərxan Əliyev (71 kq), Eldar Quliyev (91 kq), Malik Həsənov (63.5 kq) və Murad Allahverdiyev (+91 kq) məğlub olaraq, mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.