24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

BSU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans başa çatıb

2 il əvvəl 784 01

BSU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans başa çatıb

Mayın 5-də "Heydər Əliyev İli" çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı ikigünlük beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.
Bağlanış mərasiminə həsr olunmuş yekun iclasda rektor Anar Nağıyev beynəlxalq elmi konfransın bölmələrinin işinin aktiv şəkildə keçdiyini bildirib. Rektor konfransın hazırlıq mərhələsinin 5 aydan çox müddəti əhatə etdiyini, Təşkilat komitəsində BSU əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif ali təhsil ocaqları və elmi- tədqiqat müəssisələrinin nümayəndələrinin, eləcə də xarici elm və təhsil müəssisələrindən qonaqların iştirak etdiyini diqqətə çatdırıb. Açılış mərasimində Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru A. Qırğızbəyov, Moskva Dövlət Pedaqoji Universitetinin rektoru A.Lobkov, Kutaisi Dövlət Universitetinin rektoru Ş.Kirtadze, Ural Federal Universitetinin rektoru A.Kokşarev, Türkiyə Yüksək Öyrətim Kurulu sədrinin müşaviri H.Koçun qatıldığını xatırladıb. Konfrans iştirakçıları olan xarici qonaqların, həmçinin digər həmkarların Ulu öndərin təkcə Azərbaycanın deyil, daha qlobal coğrafiyanın dahi şəxsiyyət kimi gördüyü misilsiz xidmətlərlə bağlı öz fikirlərini bölüşdüklərini vurğulayıb. Anar Nağıyev beynəlxalq elmi konfransa daxil olan tezislərin coğrafiyasının geniş olduğunu deyərək, çapa hazırlanacaq tezislərin 10 % -nin xarici iştirakçılara məxsus olduğunu qeyd edib. Konfrans materiallarından 100 tezisin seçilərək, toplu şəklində çap olunub, elm ictimaiyyətinə təqdim olunacağını qeyd edib.
Rektor konfransın iştirakçılıq əhatəsini genişləndirilməsi məqsədilə regional təhsil idarələrinin də konfransa cəlb olunduğunu deyib. A. Nağıyev konfransın ilboyu və daha geniş formatda davam edəcəyini, konfrans çərçivəsində Lənkəran şəhərində bir regional bölmənin, həmçinin bir beynəlxalq bölmənin Türkiyə və ya Gürcüstanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.
Beynəlxalq elmi konfransda iki gün ərzində müxtəlif bölmələrdə mənalı ömrünü bütün varlığı ilə xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yoluna nəzər salınıb.
"Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası", "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı", "Azərbaycanşünaslıq elm sahələri prizmasında",
"Tədqiqatın beynəlmiləlləşməsi məsələsi", "Qarabağ Azərbaycandır!" adlı bölmələrdə iki gün ərzində konfransa təqdim olunmuş tezislərin mövzuları ətrafında geniş elmi müzakirələr və fikir mübadiləsi aparılıb.
Yekun iclasda Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev konfransın nəticələri haqda hesabatla çıxış edib. O, bölmələrdə qızğın müzakirələrin keçdiyini bildirib və beynəlxalq konfransın işini yüksək dəyərləndirib.
Tədris işləri üzrə prorektor Ənvər Abbasov, bölmə rəhbərləri - Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, ADNSU-nun əməkdaşı Rüstəm Kamal çıxış edərək, konfransın işin yüksək qiymətləndiriblər, müxtəlif istiqamətlərdə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycandan və xarici ölkələrdən, ümumilikdə, 500 nəfərdən çox insan iştirak etdiyi beynəlxalq konfransa Bolqarıstan, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Rusiya, Özbəkistan, Nigeriya, Əfqanıstan, Qazaxıstan da daxil olmaqla 20-dən çox xarici qonaq qatılıb.
Dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elm tədqiqat nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi konfrans 2 gün davam edib. Konfransda 14 bölmədə 552 məruzə dinlənilib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com