Görünür, may isti olacaq...
Rusiyada irəlidən gələn 9 May ilə əlaqədar bir çox şəhərlərdə parad keçirilməyəcəyi söylənilib. Bundan öncə bütün nümayişlər ləğv edildi və bunu təhlükəsizlik səbəbi ilə etdiklərini bildirdilər. Buna görə də sərhəd rayonlarının rəhbərləri də Qələbə Günündə paradların ləğv olunacağını bəyan ediblər. Ordusunda kifayət qədər hərbçisi olmayan Rusiya dünyanın gözü önündə biabır olmamaq üçün bu qərarı alıb. Əsas səbəb kimi "təxribat təşkilatçıları üçün əlamətdar tarixlərdə terror aktları törətməyə cəhd etmək daha maraqlıdır" deyə Alpha Group Zabitlər İttifaqının prezidenti Aleksey Filatov deyib. Ekspert hətta bildirib ki, “təxribat aktları dalğası” Ukrayna əks-hücumunun bir hissəsi ola bilər. “Ölməz alay” yürüşləri ilə yanaşı, Moskva və Yekaterinburqda 1 May nümayişləri də ləğv edilib.Təntənəli tədbir Orel, Belqorod, Kursk, Lipetsk vilayətlərində, Krımda, Krasnodar diyarında, Xantı-Mansiysk Muxtar Dairəsində baş tutmayacaq. Lipetsk vilayətinin qubernatoru İqor Artamonov paradın ləğvini mümkün təxribatlarla izah edib.“Biz Lipetsk və Yeletsdə 9 May Qələbə paradlarını ləğv etməyə məcburuq. Qələbə günü bölgələrdə kütləvi şənliklər və anım tədbirləri zamanı baş verə biləcək təxribatlarla bağlı hüquq-mühafizə orqanlarında məlumat var”, o yazıb. İndi bütün gözlər paytaxt Moskvaya zillənib. Moskvada parad olacaqmı? Olacaqsa nə qədər hərbi texnika və hərbçi ilə çıxış edəcəklər... Hazırda bütün dünya üçün olduqca maraqlıdır.
X.İsmayıl
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.