BOKS
-----------------------
Sarıyevlə Abdullayev mundiala qələbəylə başlayıb
Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə keçirilən və Azərbaycan yığmasının da qatıldığı dünya çempionatı davam edir. Mundialın 4-cü günü Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, həmin gün Tural Sarıyev (48 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxaraq mundialda ilk döyüşünü keçirib. Hər iki boksçumuz döyüşünü qələbə ilə başa vuraraq, mərhələ adlamağı bacarıb. Qeyd edək ki, mundialda debüt döyüşünə çıxan Sarıyev Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) ilə qarşılaşıb və onu 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. O, növbəti döyüşünü mayın 8-də tailandlı Vuttiçai Yuraçainə qarşı keçirəcək.
Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayevə (+92 kq) gəlincə, o, startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb. Abdullayev mundialda ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə yumruqlaşacaq. Həmin döyüş mayın 7-də baş tutacaq.
Bu gün isə iki boksçumuz - Ümid Rüstəmovla (057 kq) Murad Allahverdiyev (80 kq) mundialda ikinci döyüşünə (1\16 final) çıxacaq. Rüstəmov türkiyəli Batuxan Citfçi ilə, Allahverdiyevsə qazaxıstanlı Nurbek Oralbayla qarşılaşacaq.
Xatırladaq ki, mundialda Azərbaycan da daxil olmaqla, planetin 107 ölkədən 538 dəri əlcək ustası mübarizə aparır. Mundiala mayın 14-də yekun vurulacaq.
Yeri gəlmişkən, mükafat fondu 5,2 milyon ABŞ dolları yəşkil edən mundialda hər çəkidə qızıl medal qazanan boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Qeyd: Mundualın geridə qalan 4 günündə Azərbaycan yığmasının 3 üzvü - Sərxan Əliyev (71 kqə, Eldar Quliyev (92 kq) və Malik Həsənov (63,5 kq) məğlub olaraq mübarizəni erkən dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.