MAİS İBRAHİMOV:
Ağcabədinin Boyat kəndində Aqil Abbasla görüş keçrilib
Mayın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi rayon MKS-nin Boyat kənd kitabxana filialınının təşkilatçılığı ilə yazıçı, jurnalist, deputat Aqil Abbasla görüş keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ağcabədi rayon Mərkəzi Kitabxanasının əməkdaşları, bir saylı Hindarx qəsəbə, Boyat, Qaraxanlı, İmamqulubəyli, Poladlı, Hacılar kənd kitabxana filialları, Hindarx qəsəbə klubları, Boyat kənd orta məktəbinin müəllim və sagird kollektivi, eləcə də kənd
sakinləri iştirak ediblər.
Tədbirdə MKS-nin direktoru Məhəbbət Əliyeva çıxış edərək, qonaqları salamlayıb, oxuculara hər zaman diqqət göstərən Aqil Abbasa təşəkkürünü bildirib.
M.Əliyeva eyni zamanda Aqil Abbasın əsərlərindən söz açıb, bu əsərlərdə Qarabağ mövzusunun xüsusi yer tutuduğunu bildirib.
Çıxış edən Aqil Abbas kitabxananın insanın həyatında mühüm yer tutuduğunu, Ağdamda yaşadığı dövrdə şəxsi kitabxanasını yaratdığını bildirib. Lakin işğal dövründə bu kitabxana ermənilər tərəfindən yandırılıb. Çıxışı zamanı Aqil Abbas həmçinin əsərlərində tarixi məqamların üstünlük təşkil etdiyini, “Batman qılınc” əsərinin tarixi dövrləri özündə əks etdirən ən böyük romanı olduğunu vurğulayıb, həmin əsərdən iştirakçılara parçalar
səsləndirib.
Sonra MKS-nin direktor müavini Təranə Məmmədova, Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyinin sədri Radə Abbas və başqaları çıxış edərək Aqil Abbasın kitabxanalara göstərdiyi diqqət və qayğıdan, onun kitabxanalara yüzlərlə
kitab hədiyyə etməsinindən danışıblar.
Daha sonra yazıçı oxucuların suallarını cavablandırıb. Bu zaman duyğulu, kövrək anlar yaşanıb. Ona ünvanlanan “doğum gününüzü Ağdamda qeyd etdiniz, nə hisslər yaşadınız?” sualına cavabı fərqli oldu.
“Mən artıq 3 ildir ki, ad günlərimi Ağdamda qeyd edirəm. Bu anlarda xanımım da yanımda olur. İlk dəfə Ağdama gedərkən yolda oğluma zəng edib, ora getdiyimi bildirdim.
Onun heç bir cavab verməsini gözləmədən telefonu söndürdüm. Əslində mən Ağdama gedəcəyimi bildirəndə mənə dedilər ki, sən orda öz evini necə tapacaqsan? Daş üstə daş qalmayan bir yerdə ev tapmaq olar? Evimizin yerində heç nə qalmamışdı doğrudur, amma mən həyətimizi tapdım. Ağdamda yaşayarkən həyətimizə meyvə ağacları əkmişdim. Bu ağaclardan yalnız gilas ağacı qalmışdı. Çox böyümüşdü. Əslində gilas ağacları o qədər də
uzunömürlü olmur, ancaq bu ağac qalmışdı. Məhz bu ağacdan tanıdım həyətimizi.
Növbəti dəfə, yəni ikinci doğum günümdə gedərkən ağac qurumuşdu. Maraqlı hadisəydi, 30 il qurumayan ağac, quruyub aşmışdı. Təəccüb elədim. Xanımım da yanımda idi, ağacın
öz sahibini gözlədiyini və həyəti təhvil verəndən sonra quruduğunu dedi. Bu illər ərzində gilas ağacı bizi gözləmişdi. Mən həyəti tapandan sonra işini bitirən gilas ağacı qurumuşdu.
Görüş zamanı yazar yeni işıq üzü görən “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” adlı kitabını oxuculara hədiyyə edib.
Yekunda Aqil Abbasla xatirə şəkli çəkdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.