BOKS
----------------
Tayfur Əliyev mundialda mərhələni keçsə də..
Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında keçirilən və Azərbaycan boksçularının da qatıldığı Myndialın 3-cü günü iki boksçumuz - Tafur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları 1\16 finaldan mübarizəyə qatılıblar. Tayfur 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşdən qalib ayrılsa da, Sərxan hindistanlı Dev Nişantla döyüşdə məğlub olub. Beləliklə, qardaşlardan biri mübarizəni davam etdirmək imkanı qazansa da. digəri mundialla erkən vidalaşıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, özünün start döyüşündə qırğızıstanlı rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələdə (1/8 finalda) rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Yeri gəlmişkən, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayevsə (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.