Məktəbdə atışma:Yeniyetmə "ölüm siyahısı"na salındı
Təhsil ocaqlarında təhsildənkənar hadisələr cərəyan etməkdədir. Biz hər zaman öz təhsilimizdən şikayət edib Abropanı, Amerikanı misal çəkmişik. Burada bir nüansı da unutmamaq gərək. Azərbaycanda orta məktəblərdə terrorun baş verməsi demək olar yox dərəcəsindədir. Amma Avropanın qabaqcıl ölkələrində, Amerika kimi dünyanın ən güclü dövlətlərində, Rusiyada məktəb və universitetlərində silahlı hücum tez-tez baş verməkdədir. Dünən Serbiyanın paytaxtı Belqrad şəhərində məktəbdə 13 yaşlı uşaq silahlı basqın törədib. Açılan atəş nəticəsində 8 şagird və 1 mühafizəçi ölüb. Yüksək rütbəli polis məmuru Veselin Miliçin sözlərinə görə, atəş açan şəxs əvvəlcə Belqradın mərkəzindəki məktəbdə bir gözətçini, sonra isə koridorda üç şagirdi öldürüb. Daha sonra o, tarix sinfinə daxil oldu - görünür, sadəcə girişə yaxın olduğu üçün onu seçdi - və yenidən atəş açdı, Miliç dedi. Polisin bildirdiyinə görə, şübhəli şəxs məktəbin 7-ci sinif şagirdi olub. Açıqlamada bildirilir ki, oğlan atasına məxsus silahdan istifadə edib. Təlaş içində olan valideynlər məktəbə gəliblər. Ümumilikdə Balkan bölgəsində atışmalar olduqca nadirdir. Qatil əvvəlcə müəllimə, sonra isə partaların altına girən uşaqlara atəş açıb. Sinif yoldaşları isə şagirdin sakit və yaxşı oğlan olduğunu vurğulayıblar. Hər halda sevinməliyik ki, ölkəmizdə belə halların baş vermə ehtimalı sıfırdır.
DİANA
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.