FUTBOL:
Petr Çex İPL-nın şərəf lövhəsində ye alıb
İngiltərə Premyer Liqasında (İPL) mübarizə aparan "Çelsi" və "Arsenal" futbol klubunun Çexiyadan olan sabiq qolkiperi adıçəkilən liqanın şərəf lövhəsində yer alıb. Uzun illər "Zadəganlar"ın ("Çelsi") və "Topçular"ın ("Arsenal") qapısını qoruyan çexiyalı qapıçı bu ada fanatlar arasında onlayn-formatda keçirilən sorğunun nəticəsi əsasında layiq görülüb. Yeri gəlmişkən, 2023-cü ildə Petr Çexdən öncə isə bu lövhəyə Aleks Ferqüson ("Mançester Yunayted" baş məşqçi), Arsen Venqer ("Arsenal", baş məşqçi) və Rio Ferdinandın ("Mançester Yunayted") adı düşüb. 2021-ci ildə yaradılan bu şərəf lövhəsində yuxarıda adları çəçilənlərlə yanaşı, Alan Şirer, Tyerri Anri, Erik Kantona, Roy Kin, Frenk Leçpard, Denis Berqkamp, Stiven Cerrard, Düvid Bekhem, Pol Skoulz, Didye Droqba, Vensan Kompani, Serxio Aquero, Patrik Vieyra, Ueyn Runi, İan Rayt və Peter Şmeyxel yer alıb.
"Tankçı" ləqəbli Petr Çexə gəlincə, o, "Çelsi" və "Arsenal"ın heyətində keçirdiyi 443 oyunda 202 dəfə qapısının toxunulmazlığını qoruyub. O, "Çelsi"nin heyətində 4 dəfə İngiltərə çempionu adını və ölkə kubokunu qazanıb. Çex bunlarla yanaşı, "Çelsi" ilə 3 dəfə Liqa Kubokunu, iki dəfə İngiltərənin Superkubokunu, Çempionlar Liqasını və Avropa Liqasını udub. "Arsenal"ın heyətində isə, bir dəfə İngiltərə Kubokunu və iki dəfə Superkuboku qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.