FUTBOL
-----------
Lionel Messi iki həftəlik cəzaya məruz qalıb
Frans Liqa-1-də keçirilən 33-cü tur hazırda "PSJ" (Paris) klubunda forma geyinən argentinalı forvard Lionel Messi ucun xoşagəlməz hadisə ilə nəticələnib. Beləki, Argentina yığmasının 35 yaşlı kapitanı icazəsiz olaraq, Səudiyyə Ərəbistanına iki günlük səfər etdiyi üçün klub rəhbərliyi tərəfində iki həftəlik cəzalandırılıb. Bu isə o deməkdir ki, Leo qarşıdakı iki turda "Trua" (7 may) və "Ayaçço"ya (13 may) qarşı oyunlarda iştirak etməyəcək. El bu səbəbdən də onun aylıq əmək haqqısının 14 günü ödənilməyəcək.
Xatırladaq ki, "PSJ"nin baş məşqçisi Kristof Qalyete futbolçulara öncədən vəd verib ki, əgər komanda 33-cü tur çərçivəsində "Loryan"a doğma divarlar arasında qalib gələrsə, ya da heç-heçə oynayarsa, o zaman onlara iki günlük (bazar və bazar ertəsi) istirahət verəcək. Lakin "PSJ" həmin oyunda 1:3 hesabla uduzduğu üçün futbolçulara istirahət verilməyib və hamı məşqə çıxıb. Lakin Messi "PSJ"nin məğlub olduğu həmin gün Səudiyyə Ərəbistanına uçub. Messinin bu hərəkəti klub rəhbərliyi tərəfindən hörmənsizlik və klubun daxili nizam-intizam qaydalarının pozulması kimi dəyərləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.