AĞADDİN BABAYEV:
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə ölkə daxilində və Azərbaycanın hüdudlarından kənarda zəngin və çoxşaxəli tədbirlər keçirilir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar hazırlanmış tədbirlər Planı çərçivəsində mayın 2-də YAP Lənkəran rayon təşkilatında Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyət kimi teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə özünü əks etdirir. Ulu öndər, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi.
Ömrünün son günlərinə qədər bu ənənəni davam etdirən Heydər Əliyevin teatra gəlişi, səhnə arxasında yaradıcı heyətlə görüşləri, söhbətləri, bir qayda olaraq, televiziya vasitəsi ilə xalqa çatdırılırdı.
Tədbirdə Lənkəran Dövlət Dram Teatrının ƏPT- nın sədri Namiq Ağayev və teatrın drektor əvəzi İntiqam Hacılı çıxışlarında vurğulayıblar ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanlarla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.