Uşaqlar niyə oğru dünyasına meyl göstərir?
Son vaxtlar azyaşlılarda oğru aləminə maraq artmaqdadır. "TikTok" sosial şəbəkəsində onlarla belə profillər qarşılaşırıq. Orta məktəbi bitirməyən, əlinə attestat almayan, gələcəyini düşünməyən gənc nəsil məhvə doğru getməkdə sürətlə addımlayır. Əllərinə bıçaq, təsbeh alaraq başqa dünyanın nadamı kimi davranmaları heç xoş deyil. Bir neçə gün öncə xoşagəlməz video ilə rastlaşdım. Orada 3 məktəbli uşağın əlinə "rumka" alaraq sanki içki içirmiş kimi tost demələri ürəkaçan deyildi. Maraqlıdır onların valideynləri hara baxır? İnsanın ətrafı necədirsə uşaq da elə olur. Çox güman məhz bu uşaqların da gördükləri budur. Valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Hər uşaq dünyaya gətirən nə ana, nə də valideyn olmur. Yeniyetməlik dövrü uşaqlar üçün ən həssas və təhlükəli dövrlərdən biridir. Bu keçid dönəmində son dərəcə diqqətli olmaq gərəkdir.
DİANA
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.