CÜDO
----------
Azərbaycanda yeniyetmə cüdoçuların Avropa Kuboku keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq, cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri təşkil ediləcək. Söhbət Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarışdan gedir. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, sözügedən turnir 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.
Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s. ölkələr də daxil olmaqla 20 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək.
Avropa Kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa Kubokunun ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.