TAEKVONDO
---------------------
Azərbaycan taekvondoçuları klublararası AÇ-da 6 medal qazanıblar
"Gilan"sa 5 medalla Avropada 3-cü olub
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan da təmsil olunmaqla 156 klub arasında taekvondo üzrə keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, ölkəmiz bu çempionatda "Gilan" və "Alpman" klubu ilə təmsil olunub. "Gilan"nın üzvləri yarışda 2-si qızıl, 3-ü bürünc əyarlı olmaqla 5 (2-0-3) medal qazanıb. Bu nəticə isə "Gilan"a 156 klub arasında 3-cü yeri tutmaq imkanı verib. Medallara gəlincə, Həşim Maqomedovla (58 kq) Minayə Əkbərova (46 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaşar Məmmədli (68 kq), Nicat İsmayılzadə (80 kq) və Taleh Süleymanovsa (87 kq) çıxışını 3-cü pillədə bitirməklə bürünc medal qaznıb. Daha bir təmsilçimiz - "Alpman" klubunun üzvü Səlimə Quliyeva (42 kq) isə yalnız final qarşılaşmasında məğlubiyyətlə üzləşərək bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.