İddialılar "TEKNOFEST"də
Aprelin 29-da İstanbulda "TEKNOFEST" aerokosmik və texnologiya festivalı keçirildi. Keçən il Bakıda baş tutan festival maraqla qarşılanmışdı. Festivala həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da dəvət olunmuşdu. Onlar festivalın keçirildiyi məkana Türkiyə istehsalı olan "TOGG" avtomobili ilə gəldilər. Festivalda İlham Əliyev çıxışı ilə yadda qaldı. O, 2 il əvvəl Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiq kimi tanınmasını bir daha dünyanın gözü önündə yada saldı. Prezident həmçinin İkinci Qarabağ müharibəsində Türkiyənin əvəzolunmaz rolunu bir daha vurğuladı.
Türkiyə arxamızda YOX, yanımızda olduğu müddətdə bu ölkə əyilməz. Dost başa baxar, düşmən ayağa. Bu atalar sözünün nə qədər gerçək olduğunu realda görmüş olduq. Özünə müsəlman ölkəsi deyən İranın ayağımızın altını qazmaqla məşğul oldunu, Türkiyənin isə hər zaman bizə dost, qardaş, dayaq olmasını müzakirə etməyə ehtiyac belə yoxdur. Türkün türkdən başqa dostu yoxdur. Tanrı türkü qorusun!
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.