BDU tələbəri üçün “Ünsiyyətin uğur strategiyaları” mövzusunda infosessiya
“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Ünsiyyətin uğur strategiyaları” mövzusunda infosessiya keçib.
Əvvəlcə tələbələrə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, “Paşa Həyat Sığorta” şirkətinin BDU ilə əməkdaşlığının əsasında Universitet tələbələrinin əmək bazarına adaptasiyasının daha səmərəli yollarını göstərmək durur.
Şirkətin əməkdaşı Vəli Məmmədov tələbələri ünsiyyət anlayışı, ünsiyyətin növləri, informasiya mübadiləsi haqqında məlumatlandırıb. Əsas diqqəti işgüzar ünsiyyətdə davranış modelləri və taktikaları üzərində cəmləyərək, tələbələrin gələcək karyera quruculuğunda onların əhəmiyyətindən, uğura nail olmaqda mühüm rolundan danışıb.
Tədbirdə BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.
Sonra iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.