CÜDO
-------------
Yeniyetmə çüdoçularımız Qoridə Avropa Kubokuna qatılacaqlar
29-30 aprel günlərində Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında cüdo güləşi üzrə Avropa Kuboku keçiriləcək. Avropa Cüdo Birliyinin təqviminə əsasən keçirilməsi nəzərdə tutulan bu turnirdə Azərbaycan da daxil olmaqla, 16 ölkədən 324 idmançı tatami üzərinə çıxaraq, nəyə qadir olduğunu nümayiş etdirəcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz bəlli turnirdə 2 çəki dərəsində 4 cüdoçu ilə təmsil olunacaq. 50 kq-da Nəcəf Nəsrullayevlə Bahadır Feyzullayev, 66 kq çəkidə isə Cəsur İbadlı ilə Səlim Sultanov cütlüyü medallar uğrunda mübarizə aparacaq. Cüdoçularımız yarışa yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərovun rəhbərliyi altında qatılacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.