BOKS
--------------
Baş məşqçi mundiala medal ümidləri ilə gedib
Mayın 1-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında Olimpiya təsnifatlı dünya çempionatı keçiriləcək. On dörd gün davam edəcək bu mundialda Azərbaycan yığması da iştirak edəcək. Komanda mundiala yola düşməzdən öncə baş məşqçi Pedro Roke Azərbaycan Boks Federasiyasının rəsmi saytına verdiyi aşıqlamada boksçuların bu mundiala hazırlıq səviyyəsindən danışıb və yetirmələrinin çoxlu sayda medal qazanacaqlarına ümid etdiyini bildirib.
“Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Hazırlıqlar boksçularımızın təcrübə toplaması, lazımı formanı yığması baxımından faydalı olub” - deyən Pedro Roke Komandanın hazırda yazxşı formada olduğunu dilə gətirib.
“Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilirlər. Təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik. Azərbaycan komandası çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik” - yığmamızın kubalı çalışdırıcısı deyib.
Qeyd edək ki, dünya çempionatında ölkəmizi Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcək. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq.
Onu da qeyd edək ki, əvvəlki mundiallardan fərqli olaraq, bu dəfəki çempionatın mükafat fondu 5 200 000 dollar təşkil edir. 100-dən çox ölkəni təmsil edən 700-dək boksçunun iştirak edəcəyi bu mundialda öz çəkisinin qalibi olan boksçular qızıl medalla yanaşı, həm də 200 min dollar mükafata sahib olacaqlar. İkinci yerin sahibi 100 min, üçüncü yeri tutansa 50 min dollar qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.