Uşaqların düşməni- MOBİL TELEFON
Uşağa mobil telefon vermək günümüzdə başlıca problemlərdən birinə çevrilmişdir. Kiçik yaşlarından humanitar peşələrə qoymaqdansa əksər valideynlər uşağın əlinə telefon verməklə onları uçuruma apardıqlarının fərqində belə deyillər. Günümüzdə smartfon uşaqlar üçün zərərli texnika sayılsa da böyüklər üçündə bir o qədər ziyanlıdır. Günümüzü texnologiyasız təsəvvür etmək mümkün deyil. Bütün işlərimiz cibimzə sığan kiçik texnoloji alət əsasında həll edilir. Unutmayaq ki, nə qədər texnologiya dövründə yaşasaq da, uşaqları mümkün qədər bundan uzaq tutmağa çalışmalıyıq. Məsələn, valideyn azyaşlı uşağa cizgi filmi baxması üçün smartfonu verir. Özü isə digər ev işləri ilə məşğul olur, və yaxud qonaq qəbul edir. Evə 5 nəfər qonaq gəlibsə, beşi də uşağna mobil telefon paylayır. Sırf uşaqların səsi çıxmasın başlarını qatsınlar fikri ilə onları texnologiyaya öyrədən valideynlər daha sonra 5 dəqiqə telefonsuz qaldıqda uşağın ağlamasına dayana bilmirlər. Başlanğıcdan özlərinin məhvə apardığını anlamayan analar sonradan bununla bacara bilmirlər. Ona görə də hazırda yüzlərlə belə uşaq danışıq qabiliyyətindən kasıbdır. Normal yaşa gələn uşaq böyüdükcə fikrini izah edə bilmir, nitqində problemlər yaranır. Problemin mənbəyinin əvvəldən qaynaqlandığını görmək istəməyən valideynlər bununla barışmaq istəmirlər. Bütün bunlar sonradan ağır fəsadlara gətirib çıxarır: uşaqlarda özünəqapanma, söz dinləməmək, aqressivlik, nitq qüsuru və s. Bütün bunları nəzərə alaraq uşaqları telefon, televizor, kompüter kimi texnoloji avadanlıqlardan uzaq tutmaq gərəkdir.
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.