CAVADXAN QASIMOV:
NDU-da "Sənaye 4.0 üçün universitet təhsili" mövzusunda təlim keçirilib
Elmin və tədris proseslərinin yeni keyfiyyət mərhələləri bir-birini əvəz etməkdədir. Artıq yeni inkişaf mərhələsində texnologiyaya və elmi yeniliklərə etibar etmiş olan tədris proseslərinin, eyni zamanda, elmi araşdırma işlərinin real nəticələrini görmüş olacağıq. Həmin ardıcıllıqda nüfuzlu elmi nəşrlərin diqqətdə saxlanılması, universitet əməkdaşlarının dünya elminə inteqrasiya olunacaq araşdırma nəticələrinin stimullaşdırılması və bir çox üstünlüklərlə yanaşı, elm və tədris proseslərinin səmərəli vəhdətinin təşəkklünü təmin etməkdən ibarət olmaqdadır.
Bütövlükdə, dünya iqtisadiyyatının, sosialogiyasının olduğu kimi, təhsilinin də yeni dəyərlər əsasında təşəkkülü artıq sənayeləşmə siyasətinin yeni reallıqlarını da təqdim etməkdədir. Bu sahədə, elmi potensialın formalaşdırılması, yüksək elmi bazalarda təmsil olunma sahəsində səmərəli nəticələrin əldə olunması kimi məsələlər aktuallığını artırmaqdadır.
Bu məqsədlərin nəzərə alınması Naxçıvan Dövlət Universitetinin uzunmüddətli prioritetlərinə aiddir. 26 aprel tarixində universitetdə "Sənaye 4.0 üçün universitet təhsili" mövzusunda təlim keçirilməsi məhz həmin məqsədlərin daha da əlçatan olmasını təmin edəcəkdir. Təlim, qardaş Türkiyə Cümhuriyyətinin Orta Doğu Texnik Universitetinin Kompüter mühəndisliyi üzrə professoru Adəm Kalınlı tərəfindən keçirildi.
Təlimdə:
- institutsional siyasətlər və tədbirlər:
- aktual sektorlar və araşdırma sahələri çərçivəsində fəaliyyət;
- araşdırmaçılar üçün məlumatlandırma və reallaşdırma;
- elmi, nəzəri və təcrübi biliklərin yayımlanması, onun tanıdılması;
- elmi nəşrlərin beynəlxalq miqyasda təşəkkülü;
- beynəlxalq çoxistiqamətli elmi nəşrlələ əməkdaşlıqlar və digər məsələlər ələ alınmışdır.
Eyni zamanda, təlimdə Naxçıvan Dövlət Universitetinin ərazisində Texnopark tikintisinin davam etdirilməsi bu sahədə mühüm yenilik olaraq dəyərləndirilmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.