GÜNEL MUSA:
Həyat yoldaşı şəhid olan qadınların çiyninə " sən şəhid qadınısan" deyib əbədi yük yükləmək böyük günahdır
Hər zaman bu fikirdə olmuşam ki, həyat yoldaşı şəhid olan qadınların çiyninə " sən şəhid qadınısan" deyib əbədi yük yükləmək böyük günahdır. O qadınların gələcəyinə, ömürlərinə əbədi əngəl törədirik bu ifadə ilə. Gənc yaşda dul qalan qadınların bu yüklə qocalmalarını ədalətsizlik hesab etmişəm. Onlar həyatlarına davam etməlidilər. Amma qaynına, ərinin dostuna, ərinin əmisi oğluna ərə getməklə yox. Bəli bu bizim keçmişimizdən gələn tük ürpərdici ənənədir. Keçmişı əldə bayraq tutub bu hadisələrə halallıq verənlər, "cəmiyyətə nə ziyanı var ki?" deyənlər bu cür anormal izdivacların ailə, qohumluq münasibətlərində necə ciddi sarsıntıya səbəb oldugunü qaçırırlar.
Insanların öz doğmalarına etibarı azalır.
Hamıda öz dogma qardaşına, bacisına, dostuna şüuraltı şübhə formalaşır.
Cəmiyyətə başqa necə zərər vurmalıdılar ki anlamıram. Bütün dövrlərdə bu cür addımlar sivil toplum terefindən qəbuledilməz olub. " Tütək səsi" filmini yada salaq.
Təbii ki, biz bilmirik bu cür izdivacların kokündə hansı tutarlı səbəb dayanır. Amma haradan baxsan normal deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.