MAİS İBRAHİMOV:
Minifutbol üzrə Ağcabədi rayon turnirində 18 komanda mübarizə aparır
Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında minifutbol üzrə rayon turniri keçirilir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Bədii hissədən sonra yarışa start verilib. Turnirdə idarə, təşkilat və müəssisələri təmsil edən 18 komanda 4 qrupda mübarizə aparır. Final oyunu mayın 10-da keçiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.