Asif Rüstəmli: SƏMİMİYYƏT ÇATIŞMAZLIĞI
İran İslam Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il 12 mart tarixindən rəsmi olaraq tanıyıb. Həmişə "mehribançılıq" maskasının arxasında səmimiyyət çatışmazlığını görmək və duymaq çox çətin olub. Düşünürəm ki, İranda ayətullah rejiminin təvəllüdündən üzü bəri dövlət siyasətində səmimiyyət böhranı genişlənməkdə və dərinləşməkdədir. Qara əbalıların yaratdığı hər süni böhranın şəlpə-şülpəsi ilk olaraq Azərbaycan türklərini tutub. Dövlətlərarası siyasi münasibətlərin gərginliyindən ən çox əziyyət çəkənlər də onlardır. Azərbaycanın Tehrandakı səfirliyinə qanlı quldur hücumu təşkil edildikdən sonra İran ayətullaları çaşqınlıq yaşadı... Sözün düzünü deməyə, səmimi olmağa hünərləri çatmadı... hünərləri xəyanətə, terrora, arxadan atılan atəşə, fazil mustafalara çatdı...
Ulu öndər Heydər Əliyev hələ 1990-cı illərin əvvəllərində bu ölkədəki səmimiyyət çatışmamazlığını öncədən duyaraq deyirdi: "İran İslam Cümhuriyyəti, İran xalqı Azərbaycan Respublikası üçün, Azərbaycan xalqı üçün dost, qardaş, qonşu ölkə və xalqdır. Ona görə də bu ölkə ilə Azərbaycan arasındakı münasibətlər daim SƏMİMİ və mehriban olmalıdır."
Bax belə. Həmişə ehtiyatlandığımız "SƏMİMİYYƏT ÇATIŞMAZLIĞI" qarşımıza çıxdı.
Bakı, 24.04.2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.