Osman Gündüz:
Təşkilatçılar konfrans iştirakçılarına mesaj vermək istəyiblər ki, dünya da, vəzifə də daimi deyil...
Bu gün " Sahibkalar Günü" ilə bağlı keçirilən konfransda diqqətçəkən bir məqam da oldu.
Adətən bu tip tədbirlərdə gündəlikdə belə məqamlar olmur.
Sahibkarlarla bağlı rəsmi bir tədbirin sonunda cəmi 5 dəqiqəlik bədii proqram oldu.
Bədii hissədə isə Niyaməddin Musayev "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısını səsləndirdi.
Bir anlıq düşündüm ki, görəsən təşkilatçılar "dünya heç kimin" sözləri ilə kim(lər)ə mesaj ver vermək istəyiblər.
İki variant ağlıma gəldi .
Ola bilər təşkilatçılar sahibkarlara mesaj verirlər ki, dünya fanidir və pulun üstündə çox oturmağa dəyməz, ya onu investisiya edin, yaxud da səxavətli olun.
Amma, güman ki, təşkilatçılar konfransda iştirak edən çoxsaylı rəsmilərə, nazirlərə və qərar qəbul edənlərə də mesaj vermək istəyiblər ki, dünya da, vəzifə də daimi deyil, sahibkarlıq üçün münbit şərait yaradın.
İstənilən halda, yeri vardı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.