HƏNDBOL
----------------
Kişi həndbol yığmamız dünya çempionatında
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin bu gün Bolqarıstanın Varma şəhərində start götürəcək dünya çempionatına qatılacaq. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, komandamız aprelin 30-dək davam edəcək bu mundialda ev sahibi olan Bolqarıstanı və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq. Baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə “AHF Arena”da təlim məşq toplanışını başa vuran həndbolçularımız dünən Bolqarıstana yola düşüblər. Qeyd edək ki, Varna sınaqlarında Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə bir qrupda yer alıb. Qeyd edək ki, mundialda bu komandalarla yanaşı, Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb. Reqlamentə uyğun olaraq, qrup qalibləri pley-offda (yarımfinalda) mübarizəni davam etdirəcəklər.
Digər qruplara vəziyyət belədir:
А qrupunda: Malta. Hindistan, Andorra;
В qrupunda: Kipr, Moldova, Avstraliya;
С qrupunda: Böyükbritaniya, Kuba, Qvatemala,
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.