GÜLƏŞ
---------
Azərbaycanın yunan-Roma güləşində yeni rekordu
Həsrət Cəfərovla Ülvi Qənizadə Avropa çempionu olub
Aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə sərbəst güləşçilərin çıxışı ilə start götürən güləş üzrə 7 günlük Avropa çempionatına yunan-Romaçıların mübarizəsi ilə yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə çempionatı Azərbaycanın yunan-Roma güləşi üzrə yığması uçün də uğurlu olub. Belə ki, 2-si qızıl, 3-ü gümüş və 1-i bürünc əyarlı olmaqla 6 medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsini göstərib və tarix yazıb.
Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında yalnız Türkiyədən (155 xal) geri qalmaqla Avropanın ikincisi olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşdı.
Qazanılan medallara gəlincə, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) bütün görüşlərini qələbə ilə başa vurmaqla Avropa çempionu olub. İkiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) yalnız həlledici finalda büdrəyərək gümüş medalla kifayətlənib. Yığmamızın aktivinə yazılan yeganə bürünc medalın sahibi isə Nihat Məmmədli (60 kq) olub.
Xatırladaq ki, AÇ-nın ilk 3 günü mübarizə aparan sərbəst güləş üzrə yığmamız 6 (2-2-2) medalla Avropanın birincisi olmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.