SAMBO GÜLƏŞİ
-------------------------------
Daha bir samboçumuz finalda uduzub
Hayfada (Izrail) yeniyetmələr, gənclər və böyüklər arasında sambo güləşi üzrə Avropa çempionatı ke,irilir. Böyüklərin yarışından sonra meydan gənclərlə yeniyetmələrin ixtiyarına verilib. Yarışların ilk günü döşək üzərinə çıxan təmsilçilərimiz arasında ən yaxşı nəticəni yeniyetmələrdən İsmayıl Əlipənahov (49 kq) göstərib. Yalnız həlledici finalda məğlubiyyətlə üzləşən İsmayıə çıxışını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Yeniyetmələr yığmasının digər üzvləri - Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq), gənclərdənsə, Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Maqomed Məmmədzadə (+98 kq) üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.
Xatırladaq ki, böyüklərin yarışında Mirfəttah Seydullayev (64 kq) yalnız finalda uduzaraq qitə çempionatının gümüş medalı ilə kifayətlənib. Mehman Xəlilov (58 kq), Hacıəli Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) triosu isə Avropa çempionatının üçüncüsü olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.