24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət DÖVLƏTÇİLİK TARİXİ REDAKTORUN SEÇİMİ

AYNEL MƏŞƏDİYEVA:  Liderlər əsrinin lideri

2 il əvvəl 938 01

AYNEL MƏŞƏDİYEVA:

LİDERLƏR ƏSRİNİN LİDERİ

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Əziz xatirəsi xalqımızın qəlbinə möhkəm həkk olunan, daim uca tutulan və minnətdarlıqla anılan ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı sərəncam millətimizin istəyini ifadə etməklə hər birimizi Heydər Əliyevin keçdiyi şərəfli yola, səmərəli fəaliyyətinə, gördüyü işlərin coğrafiyasına dərindən, əhatəli nüfuz etməyə çağırır.
Ölkəmizdə elə bir təşkilat yoxdur ki, orada ulu öndərin 100 illik yubileyi ilə əlaqədar onun xoş xatirəsi səmimiyyətlə, minnətdarlıqla anılmasın, elmi konfrans­lar, seminarlar, müxtəlif anım tədbirləri keçirilməsin. Bu onu göstərir ki, xalqı­mızın ümummilli lideri həyatımızın hər bir sahəsinin inkişafı üçün heç nəyi əsir­gəməmiş, bütün istiqamətlərdə silinməz izlər qoymuşdur.

Bütün ömrünü öz Vətəninin tərəqqi­sinə, ölkəsinin inkişafına, millətinin, xalqının güzəranının yaxşılaşmasına, qurub-yaratmağa həsr etmiş görkəmli siyasi xadim, dərin zəkaya, heyrane­dici yaddaşa, mükəmməl biliyə malik, dünya ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmuş ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi qədir­bilənliklə yad edilir. Ona görə ki, Heydər Əliyev Vətənini, xalqını öz varlığı qədər sevən şəxsiyyətlərdən idi. O, istəyirdi ki, ölkəsinin hər bir vətəndaşı hərtərəfli inki­şaf etmiş, dünyagörüşlü şəxs olsun. Bu baxımdan da o, insanların adi davranış qaydalarına riayət etmələrindən tutmuş, ədəbiyyatımızın, mədəniyyətimizin, ana dilimizin, tariximizin, milli musiqimizin in­cəliklərinə bələd olmalarınadək hər şeyi diqqət mərkəzində saxlayırdı.

Mən ulu öndərin ana dilimizin inki­şafı, qorunub saxlanılması barədə qəbul etdiyi bəzi tarixi sənədləri diqqətə çatdır­maq istəyirəm. Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqın­da” Fərman, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fər­man, 2002-ci il 30 sentyabr tarixli “Azər­baycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu tarixi sənədlərdir və hər bir azər­baycanlının stolüstü kitabına çevrilmişdir.

Əminliklə demək olar ki, Azərbaycan dili, məhz ulu öndər Heydər Əliyevin 1969-cu ildə siyasi rəhbərliyə gəlişindən sonra dövlət siyasətinə çevrilmişdir. Azər­baycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək, onun mənşəyini, formalaşma­sını, sabitləşməsini müəyyənləşdirmək ulu öndərimizin həyat amalı olmuşdur.

Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxşişi idi. Həyatın, elmimizin, təhsilimizin, səhiyyəmizin mədəniyyəti­mizin ayrı-ayrı sahələrinə həsr olunmuş mötəbər tədbirlərdə onun çıxışlarına qulaq asanda elə qənaətə gəlirdin ki, o, məhz həmin sahənin görkəmli mütəxəs­sisidir. Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin, dilçiliyimizin və digər sahələrin korifeylərinin yaradıcılıqları, keçdikləri yol barədə danışarkən, bir daha əmin olurdun ki, o, dövlət başçısı olaraq fenomenal biliyə, dərin zəkaya, möhkəm yaddaşa malikdir.

Heydər Əliyev canlı salnamə idi. O, tarix yazırdı. Onun fəaliyyətini, keçdi­yi yolu izləmək həmin dövrün tarixinə mükəmməl bələdçilik deməkdir. Biz Hey­dər Əliyev dühasının zənginliklərinə hələ əsrlərlə üz tutacaq, dəyərli fikirlərindən bəhrələnəcəyik.

Misilsiz söz ehtiyatına malik olan ümummilli liderimizin nitqi ahəngdarlığı ilə seçilirdi. Heydər Əliyevi dinləyən hər kəs onun dahiliyini hiss edirdi. Və əlbəttə, bu böyük insan haqqında gözəl təəssü­ratdan uzun müddət ayrıla bilmirdi.

Azərbaycanın qədim tarixə malik olduğunu sübut etmək, dövlətçiliyimizi möhkəmləndirmək, ölkəmizi dünyaya tanıtdırmaq işində, böyük milli quruculuq yolunda Heydər Əliyevin xidmətləri danıl­mazdır. O, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da müstəsna rol oy­namışdır.

Bəli, siyasi liderliyə, milli sərkərdə­liyə yüksələn, Azərbaycan xalqının gözü qarşısında piraniləşən və əbədiləşən ulu öndərimiz Heydər Əliyev mənəvi zəngin­liyi, fenomenal biliyi, əqidə saflığı, siyasi möhtəşəmliyi, şəxsiyyət bütövlüyü ilə XX əsr tariximizdə müstəsna yer tutmuşdur.

Ulu öndərimizin təkcə elm və təh­silimizin inkişafı, yaradıcı insanların səmərəli fəaliyyətinə nümunəvi şərait yaradılması istiqamətindəki xidmətlərini yada salmaq kifayətdir ki, onun öz xalqı­na dayaq olduğunu, dövlət başçısı kimi ölkəsinin bütün istiqamətlər üzrə tərəqqi­sinin təmin edilməsinə, necə deyərlər, işıq saçdığını görəsən.

Ulu öndər mahir siyasətçi, böyük azərbaycanlı, xalqının şəriksiz lideri ola­raq hələ sağlığında canlı əfsanəyə çev­rilmişdi. Onun coşqun siyasi fəaliyyəti dünya siyasətçilərinə bir örnək idi. Bu səbəbdən də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib.

Bəli, Heydər Əliyev barəsində siyasət aləminin bütün zümrələrində xoş sözlər deyilmişdir və indi də söylənilir, ayrı-ayrı insanlar, dövlət xadimləri zaman-zaman öz fikirlərini bildirmişlər. Onlardan bir neçəsini diqqətə çatdırırıq...

Corc Buş, ABŞ-ın sabiq Prezidenti: “Heydər Əliyevin mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailliyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.”

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti: “Heydər Əliyev təkcə Azər­baycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən bir liderdir”.

Vladimir Putin, Rusiya Federasi­yasının Prezidenti: “Mən Heydər Əlirza oğluna sadəcə münasibət bəsləmirdim, ona məhəbbət bəsləyirdim, ona məhəb­bətlə yanaşırdım. Mübaliğəsiz deyə bilərəm ki, o, siyasət nəhəngidir”.

Eduard Şevardnadze, Gürcüstanın sabiq Prezidenti: “XX əsr liderlər əsridir. Heydər Əliyev XX əsrin lideridir”.

İlham Əliyev, Azərbaycan Respub­likasının Prezidenti: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaşatdığı müasir Azər­baycan yaşayır və onun yolu ilə inkişaf edir”.

Ümummilli liderimiz Heydər Əliyevinsiyasi, quruculuq, idarəçilik fəaliyyəti barədə dünya siyasətçilərinin, dövlət baş­çılarının, tanınmış şəxsiyyətlərin deyim­ləri çoxdur. Və onların hər birində Heydər Əliyevin dahiliyi, XX əsrin lideri, görkəmli siyasətçi olması etiraf edilir. Bəli, Heydər Əliyev kursu mükəmməldir, yenilməzdir. Ulu öndərin bu mükəmməl kursu ümum­milli liderimizin layiqli siyasi varisi, Azər­baycan Prezidenti cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Bəli, yeni əsrin şanlı tarixini isə Heydər Əliyevin həm nəsil, həm siyasi kursunun ən layiqli davamçısı, xalqımızın sevimli oğlu möh­tərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev yazır. Özü də qızıl hərflərlə.

Ulu öndərin axıra çatdıra bilmədiyi ta­leyüklü məsələlərdən ən mühümlərindən biri işğal olunmuş torpaqlarımızın erməni faşistlərinin tapdağından tam azad edil­məsi idi. Böyük ruh yüksəkliyi ilə demək istəyirəm ki, ümummilli liderimizin xalqı­mıza əmanət etdiyi möhtərəm Prezidenti­miz İlham Əliyev atasının ona göstərdiyi etimadı çox məharətlə doğruldur və bü­tün nəsihətlərini zaman-zaman ləyaqətlə həyata keçirməyə ciddi səy göstərir, bu missiyaya zəfərlə nail olur. Otuz il erməni vandallarının işğalı altında qalan ərazilə­rimiz artıq azad olunmuşdur. 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsi zamanı dövlət başçımız İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun şücaəti, xalqımızın monolit birliyi sayəsin­də cəmi 44 gündə Ermənistanın hərbi bir­ləşmələri darmadağın edilərək müqəddəs torpaqlarımız nankor hayların caynağın­dan qurtarılmış, şəhidlərimizin qisası alın­mışdır. Hazırda Qarabağ torpaqlarımızda genişmiqyaslı möhtəşəm quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar.

Erməni vandallarının xarabalığa çe­virdikləri kənd, rayon və şəhərlərimizdə minalardan təmizləmə işləri aparılaraq xariqələr yaradılır. Həmin şəhər, rayon və qəsəbələrimizdə “ağıllı kənd”lərin salınması, beynəlxalq hava limanları­nın tikilməsi, bütün müasir standartlara uyğun magistralların çəkilməsi, mədəni, dini abidələrimizin bərpası, yeni müasir infrastrukturların qurulması ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin yerinə yetirilməsinə, onun ruhuna böyük ehti­ram və sədaqətin nümunəsidir.

Mən, bu kiçik məqaləni Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 8 noyabr tarixin­də Şuşa şəhərinin işğaldan azad olun­masını müqəddəs məkanımız – Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərkən söy­lədiyi fikirlərlə tamamlamaq istəyirəm: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürə­yimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimi­zin, ulu öndərin ruhu şaddır bu gün! Gö­zün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Ulu öndərimizin ruhu şad olsun!

AYNEL MƏŞƏDİYEVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, dosent

xalqqazeti.az

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com