Kosmik hava durumu – Hesabat dövrü ərzində 3272 oblastında daha bir M 1.3 sinifli, 3282 oblastında M 1.5 sinifli alışma baş vermişdir. Günəşin səthində ləkələrin sayı artmışdır. Hazırda Günəşin səthində 8 ləkə qrupu var, aktiv ləkələrin sayı isə 155-dir. Aprelin 15-də Yerə istiqamətlənmiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) aprelin 22-də çatacağı gözlənilir. Hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin sürəti 1196 km/s-yə çatmışdır. Hal-hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (347km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə bir qədər azalaraq Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 3.85 nT təşkil edir.
Geomaqnit sahə hesabat dövrü ərzində sabit olmuşdur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 aprel) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 5% təşkil edir.
17-19 aprel tarixlərində Günəş küləyi sürətinin artacağı gözlənilir.
Geomaqnit sahənin qismən-aktiv olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.