İgid oğulların şücaəti, canı, qanı bahasına qazanılan qələbələr hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. İllər ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşadıq və o günü – qələbə müjdəsini gözlədik. 44 günlük Vətən müharibəsində arzularımız çin oldu, biz böyük Zəfərin sevincini qürurla yaşadıq. Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarını səsləndirdiyi torpaqlarımızda 3 rəngli bayrağımız bir daha enməmək əzmi ilə dalğalandı.
Müharibə itkisiz olmur. Bu savaşda 3 minə yaxın şəhidimiz oldu, minlərlə döyüşçümüz yaralandı. Şəhid olanların ailələri, yaralı hərbçilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, evləri ziyarət edilir, onlara maddi və mənəvi dəstək göstərilir.
Şəhidlərimiz həm nisgilimiz, həm də qürurumuzdur. Onlardan sonra dünyaya gələn körpələr öz ailələri üçün bir təsəlli oldu. Elə şəhid Ömər Rəhimlinin 14 aprel 2022- ci ildə dünyaya göz açan qardaşı balaca Ömər kimi. 1 yaşın mübarək.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Ömərin 1 yaşı qeyd olunub. Doğum günündə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov və Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə iştirak ediblər.
İcra başçısı balaca Ömərin doğum gününü təbrik edib, ona qayğısız və xoşbəxt ömür arzulayıb. Qeyd olunub ki, torpaqlarımızın müdafiəsi uğrunda canından, sağlamlığından keçən hər bir vətəndaşımızla fəxr edirik, onlar hər zaman qəlbimizdə yaşayacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.