Masallı Rayon Gənclər və İdman İdarəsinin,”Masallı Gənclər evi” Sosial Xidmət Müəssisəsinın və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda məktəblilər arasında “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə rayon birinciliyinə start verilib.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin, eləcə də gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində bilik yarışmasının əhəmiyyətindən, “Masallı Gənclər evi” SXM-nın direktoru Fuad Mənsimov, Masallı təhsil sektorunun əməkdaşı Əkbər Mahmudov, şəhər 1 saylı tam orta məktəbin müəllimi, şəhid anası Mehriban Sultanova Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolunun bütün mərhələlərində öz xalqına sıx bağlılığıdan danışaraq iştrakçılara uğurlar arzulayıblar.
Komandalar qaydalarla tanış olduqdan sonra yarışlara start verilib.
Məlumat üçün bildirək ki, 64 tam orta məktəb komandasının iştirak edəcəyi yarışlar 8 qrup uzrə keçiriləcək. Qruplar üzrə birinci yeri tutan komandalar “Nə? Harada? Nə Zaman?” bilik yarışının, ikinci yerin sahibləri “Breyn rinq” bilik yarışının, üçüncü yerə layiq görülən komandalar isə “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaqlar.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.