24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: Məğlubiyyətlər girdabında gənclərə "şans" verilir, "yetişdirilir", uduzmağa alışdırılır...

2 il əvvəl 745 01

Kasıb, kasıblamış klublar 3 milyon dərdi çəkir, məğlubiyyət fonunda "Neftçi" rəhbərliyi qarışıq baş məşqçi Rege deyir ki, gənc futbolçulara şans veririk, uduzsalar da təcrübə toplayırlar.

Böyük, peşəkar futbolda "gənc futbolçu" anlayışı nisbidi. İstedad, bacarıq, hazırlıq, klub strategiyası, rəhbər/məşqçi qətiyyəti, inam, fiziki, psixoloji, taktiki gedişlər yerindədisə, vəhdət təşkil edilir və əsas heyətdə təcrübəli/yaşlı/gənclərin oynamasının fərqi olmur.

2014-cü ildir, qarşıdan kubokun final oyunu gəlir. Rəqib "Qəbələ" ən təşkilatlanmış dövrünə qədəm qoyub, heç bir bir sıxıntıları yoxdur. Təsadüfi deyil, qəbələlilər az sonra qrup yolunu gedəcəkdilər. "Neftçi"də isə daxili, kənar təzyiqlər isə pik həddə çatıb...

Klubun o vaxtkı rəhbərliyini, məşqçilərini uğursuzluğa düçar etmək üçün bütün planlar cızılmışdı. İdeoloq rolunda AFFA, əsas sponsor SOCAR-a təsir edir, dəridən-qabıqdan çıxırdılar. Hər yola əl atılırdı. Proses 2 ildi artıq davam edirdi. Bacarmırdılar, "plan"ları istədikləri kimi baş tutmurdu. Tutmadığı qədər də azğınlaşırdılar.

Son əlacları, müxtəlif bəhanələrlə kluba maliyyənin dayandırılması oldu. Aylardı maaşlar ödənilmirdi. Məqsəd - daxili narazılıq yaratmaq, futbolçuların etirazı, oynamaqdan imtina etməsini təmin etmək idi. O vaxt bunları dilə gətirmir, ictimailəşdirmirdik. Kənardan bəhanə kimi başa düşülə bilərdi. Bəhanə - bizim ruhumuza ziddir!

Sual oluna bilər ki, AFFA ideoloqları niyə bunu edirdi. Biz futbolu dağıdan "ideoloqların" komandasına daxil deyildik. "Neftçi"nin nəticələri, liderlik mövqeyi, sabit çıxışı AFFA-ya sərf etmirdi, planları pozulurdu. Xoflu canlarını qorxu almışdı, birdən federasiyaya gələrlər. Hədəfləri - "Neftçi"ni ələ keçirmək idi.

Təzyiqlər bir yana, kuboköncəsi heyətdə problemlərlə üzləşmişdik. Mahir Şükürov cəzalı, bəzi futbolçular zədəli. Üstəgəl, özümə də 10 oyunluq stadiona giriş qadağası, 20 min dollar da pul "cəza"sı kəsilib. "Neftçi"nin çökdürülməsi üçün hər şey edilir...

Daxilən klubdan gedəcəyimiz qərarını öncədən vermişik. Bir şərtlə, bütün süni maneələrə baxmayaraq, son titulumuzu, kuboku qazanıb qalib kimi "Neftçi"ni tərk edirik. Uğursuzluq bizlik deyil və heç kim də bunu edə bilməzdi.

Rəhbərlik, məşqçilər korpusu tam səfərbər olmuşuq. Maaşlar ödənilmir, sağ cinah da demək olar yoxdur. Gecə-gündüz bu haqda düşünülür. Klub prezidenti Sadıq Sadıqov, idman direktoru Güloğlan Cabbarov, baş məşqçimiz rəhmətlik Böyükağa Hacıyev...

Fiziki hazırlıq üzrə məşqçi Ruben Selesə təcrübəlilərlə yanaşı gənclərin tam hazır vəziyyətə gətirilməsi tapşırığı verilib, Bəxtiyar Musayev baş məşqçi ilə daimi futbolçulara nəzarət edirlər. Klubdakı mövcud durumla bağlı informasiyanın sızmaması üçün Gündüz Abbaszadəyə xüsusi tapşırıqlar verilib.

Sağ qanadın nizamlanması üçün Böyükağa Hacıyevlə hər gün məsləhətləşirik. Arada zarafatından qalmır, deyilr, "Ozümüz çıxıb oynayacağıq". Ən önəmlisi, heç kimdə təlaş, narahatlıq yoxdur, hamı qələbəyə köklənib.

Sağ tərəfdə hələ 20 yaşı tamam olmamış Məqsəd İsayevlə 19 yaşlı Samir Məsimov tandemini düşünürük. Gənc futbolçuların bundan xəbəri yoxdu. Vaxtından tez "yana" bilərlər, psixoloji olaraq pillə-pillə start heyətinə

gətirilməlidilər...

Çoxsaylı digər gənclərlə birgə hər iki futbolçumuz oynamaq üçün alışıb-yanır. Finaldan 2-3 ay öncə "Sabahın ulduzları" yarışında gözümüzün önündə yetişmiş Məqsəd Isayev yanıma gəlmiş, oynamaq istədiyini bildirmiş, başqa klublara keçidi və ya icarəyə verilməsini xahiş etmişdi. "Özümüzə lazımsan"la yanaşı məşqlərdə daha fəal olmasını tövsiyyə etmişdim...

Samir Məsimov isə Moskva "Lokomotiv"indən "Neftçi"yə keçməmiş Yuri Syominli "Qəbələ"də baxışda olmuşdu. Rusiyalı mütəxəssisin "пусть поиграет в дубле, потом посмотрим"

(əvəzedicilərdə oynasın, sonra baxarıq) yanaşmasını gənc futbolçu qəbul etməyib oradan ayrılmışdı. Bunu mənə, Samir "Neftçi"yə transfer olunanda danışmışdı...

Böyükağa müəllimlə hər iki gəncin əsas heyətə

gətirilməsi ilə bağlı psixoloji hazırlıq planı cızdıq. Məqsədi "oynamaq istəyirdin"dən başlayaraq yavaş-yavaş finala yaxınlaşdırırdıq.

Samiri isə "Syominə cavab vermək zamanın yetişib" psixoloji yanaşması ilə uşaqların oyuna hərtərəfli hazırlığını yoxlayırdıq.

Final oyunu, bir qanadın tam gənclərə həvalə edilməsi böyük risk idi. Biz onsuz da qeyri-adi gedişləri, riski sevən insanlar idik. Gənclərin potensialını bilirdik, əsas, futbolçuları buna inandırmaq, dəstəklə birgə məsuliyyətin dərk edilməsi idi...

Problemlər bununla bitmirdi. Futbolçular aylardı maaş üzünə həsrət qalmışdı, finala görə mükafat da olmayacaqdı. Rəhbərlik olaraq qərara aldıq ki, futbolçular, əsasən də legionerlərlə ümumi toplantıda açıq söhbət edək...

Mövsümdən sonra klubu tərk edəcəyimizi bildirdik, təcrübəli futbolçuların həvəssiz meydana çıxmamalarını istədik. İnciklik də olmayacaqdı, vəziyyətin haradan qaynaqlandığını hər kəs bilirdi. Futbolçular bir qəpik mükafat olmadan da kuboku götürəcəklərinə söz verdilər:..

Final günü... Tahir Süleymanovu qarabaqara izləyirlər, stadiona girişim qadağan edilib.

Günahsız ola-ola 20 min dolların AFFA-ya ödənməsinə imkan vermirəm. Sadıq Sadıqov mənə görə stadiona getməyəcəyini bildirir.

"Ya bir yerdə gedirik, ya da bazada qalırıq".

Təkidimə baxmayaraq fikrindən dönmür.

Razılaşırıq ki, məşqçi, futbolçuların bundan xəbəri olmasın, oyunöncəsi komandaya psixoloji təsir etməsin. Tam heyəti bazadan stadiona yola salırıq. Möhtəşəm təşkil olunmuş final matçını tribunalardan 20 mindən çox azarkeş seyr edirdi.

Dramatik oyun alındı. Məqsəd İsayev, Samir Məsimov matçın ən yaxşılardan idi. Fantastik vurulan qol da sağ cinahdan təşkil edilmişdi.

Samir verdiyi sözü tutmuşdu, "Syominin qapısına qol vurmaq mənlikdi". Məqsəd isə son dəqiqələri ağır zədə alaraq şiddətli ağrılarla oynayırdı...

Təcrübəlilərlə gənclərin birlikdə əməyi, qələbə ruhu ilə kubok "Neftçi"nin bazasına gətirildi. Alqışlarla qızıl medalları boynumuzdan futbolçular asdı. Son qazandığımız nailiyyətlə digər titullarla birgə qalib olaraq "Neftçi" ilə sağollaşdıq. Yeni mövsümə klub artıq yeni rərhbəliklə başlayırdı...

Bu gün Məqsəd İsayev "Qəbələ"nin heyətində hər iki cinahda çıxış edərək "Neftçi"nin qapısına penalti qazandırır. O vaxtkı uşaqlar, hazırda təcrübəli futbolçular, o günləri unutmurlar. Məqsəd, Samir, digər dəyər bilənlər vaxtaşırı əlaqə saxlayır, telefon açırlar, yazırlar...

Məqsəd İsayev: "Çox gənc idik, dərk etmirdik, indi başa düşürük ki, bizim üçün nələr etmisiniz".

Samir Məsimov: "Siz olsaydız bizim karyeramız başqa cür davam edəcəkdi".

"Neftçi", ümumilikdə futbol çökdürüldü, klublar dağıdıldı, neçə-neçə istedadlar məhv edildi. Hələ ki, bataqlığa sürükləməkdə davam edirlər.

Məğlubiyyətlər girdabında gənclərə "şans" verilir, "yetişdirilir", uduzmağa alışdırılır...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Estoniya ilə üzləşəcək

John Doe 1 il əvvəl

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

VOLEYBOL: "Gəncə" Azərbaycan çempionatında debütünü məğlubiyyətlə qeyd edib

John Doe 1 il əvvəl

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

FUTBOL: Millnin italiyalı çalışdırıcısı Canni de Byazi postundan gedir

John Doe 1 il əvvəl

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

Voleybol: U-18 voleybol yığmamız EEVZA-da Ukraynaya da uduzub

John Doe 1 il əvvəl

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

John Doe 1 il əvvəl

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

Voleybol: "Xarı Bülbül" Avrokubokun 1/16 finalına məğlubiyyətlə başlayıb

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com