Aprelin ayının 14-də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru Namiq Cəlilovun rəhbərliyi ilə bütövlükdə rəsədxana əməkdaşları fəal iştirak ediblər.
Tədbirin məqsədi təbiətin qorunması, ekoloji balansın yaxşılaşdırılmasının təbliği və bu kimi məsələlərə böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Aksiya çərçivəsində rəsədxana ərazisində 200-dən çox meyvə və dekorativ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, eko-sistemin qorunması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Bu gün isə, əsası Heydər Əliyev tərəfindən qoyulan ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.