Masallıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar “Heydər Əliyev məfkurəsinin gənclərin həyatında rolu” mövzusunda konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun və Masallı Dövlət Regional Kollecinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən vidieoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov müasir Azərbaycanın 30 ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı diqqətə çatdırıb.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, dövlətimizin apardığı gənclər siyasəti respublikanın hər yerində olduğu kimi, Masallı rayonunda da uğurla həyata keçirilməsindən bəhs edərək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd edib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanlar üçün yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən dünya azərbaycanlılarının milli mənbəyinə çevirilmiş, Ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir və bu dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir.
Əməkdar məşqçi Xanağa Quliyev, Masallı Dövlət Regional Kollecinin tələbəsi Soltanzadə Elvira və başqaları Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərdən və ana dilimizə verdikləri önəmdən, onların yüksək vətənpərvərlik ruhunda tərbiyəsindən, dövlətin gənc nəslin sağlamlığı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar.
Tədbirin sonunda bir qrup gənc YAP rayon təşkilatı və rayon gənclər və idman idarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.