Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev 7-9 aprel tarixlərində Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasında iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
ADA Universitetində reallaşan açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz və başqaları çıxış ediblər.
Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.
Tədbirdə türk dünyasının maddi və qeyri-maddi mədəni irsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Açılış mərasimindən sonra tədbir panel iclaslarla davam edib.
Panel iclasda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bildirib ki, türk sivilizasiyasının ortaq irsinin qorunması, türk ölkələrinin mədəni və təbii sərvətlərinin tədqiqi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində UNESCO-nun Türk dövlətlərinin Milli Komissiyaları Türk Əməkdaşlıq Təşkilatları ilə səylərini birləşdirməlidir.
“Bu il Türk Cümhuriyyətləri Dövlət Başçılarının Zirvə Bəyannaməsində qeyd olunan “Türk dünyasının müqəddəs yerləri” adlı yeni layihəyə start verdik. Düşünürəm ki, bu layihə Dünya Türk İrsi Siyahısının əsasını təşkil edə bilər”, - deyə akademik Şahin Mustafayev əlavə edib.
Maddi və qeyri-maddi mədəni irs, təbii irsin mühafizəsi və təhsillə bağlı keçirilən seminar və ekspert rəylərindən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu iclasının yekun bəyanatı qəbul edilib.
Tədbir iştirakçıları aprelin 9-da Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhəri ilə tanış olublar. Onlar Şuşa şəhər mərkəzi meydanı, Qala divarları, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.