Masallı rayonunda 2016-cı il Aprel döyüşləri şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadənin xatirələri ehtiramla anılıb.
Viləş kəndində şəhid Əsgərli Nurlan Bayram oğlunun, Güllütəpə ərazisində isə şəhid Firdovsi Əliş oğlu Bağırzadənin anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayon rəsmiləri, din xadimləri, şəhidin yaxınları, ziyalı və ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri hər iki ailənin qayğıları ilə maraqlanıb, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə məruz qaldığını, lakin ordumuzun əks-həmləsi ilə təxribatların qarşısının Nurlan və Firdovsi kimi qəhrəmanlarımızın qanı və canı bahasına alındığını bildirib.
Ziyarətçilər şəhid ailələrinə başsağlığı verərək, xalqımız tərəfindən şəhid adının daim uca tutulduğunu, qürurla anıldığını söyləyiblər.
Şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.