24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

ADPU-da magistrantların Respublika elmi konfransı işinə başlayıb: Təhsildə strateji idarəetmə və müasir yanaşmalar (FOTO=18)

2 il əvvəl 752 01

Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar” Magistrantların VI Respublika elmi konfransı öz işinə başlayıb.
Əvvəlcə Təşkilat Komitəsinin  üzvləri universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra konfrans iştirakçıları ADPU-nun dövri-elmi nəşrləri, son 6 ildə universitetdə müntəzəm keçirilən magistrantların respublika elmi konfranslarının materialları və 2021-ci ildən ADPU-da nəşr olunan “Magistrant” dövri-elmi jurnalının nömrələrindən ibarət sərgi ilə tanış olublar.
Açılış nitqi ilə çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq qeyd edib ki, bu il Pedaqoji Universitetdə altıncı dəfə keçirilən Magistrantların Respublika elmi konfransı Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Rektor diqqətə çatıdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” deyən müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirilmiş, maddi-texniki baza gücləndirilmiş, təhsilin keyfiyyəti yüksəlmişdir və bu qayğı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də davam etdirilir.
Prof. C.Cəfərov bildirib ki, ADPU-da son illərdə həyata keçirilən islahatlar universitetin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. “Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun olaraq yeni ixtisaslar yaradılır.” – deyə rektor qeyd edib.
Vurğulanıb ki, ADPU-da MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq, “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramının isə ötən il ilk buraxılışı olub.
Rektor diqqətə çatdırıb ki, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən  təhsildə sürətli dəyişikliklərin baş verdiyi dövrümüzdə təhsilin təşkili və idarə edilməsinə də münasibət dəyişilməli, yeni yanaşmalar tətbiq olunmalıdır. Bu istiqamətdə davamlı işlər aparılır  və Respublika konfransının da bu mühüm problemə həsr olunması bu məqsədə xidmət edir.
“Heydər Əliyev – elm və təhsilin himayədarı” mövzusunda məruzə ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Ümummilli Lider Heydər Əliyevin təhsil quruculuğu ilə bağlı gördüyü işlərdən söz açaraq, Ulu Öndərin hələ sovetlər dönəmindən Azərbaycanda elmin və təhsilin kompleks inkişafı, milli elmi-pedaqoji, hərbi kadr hazırlığı, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, fundamental tədqiqatlar, on cildlik Azərbaycan Sovet Ensiklopediyasının hazırlanması və kütləvi tirajla nəşri kimi hərtərəfli və düşünülmüş siyasətinin 90-cı illərdən etibarən, müstəqillik dövrünün və müasir dünyanın tələblərinə uyğun olaraq, davam etdirildiyini deyib. Natiq bildirib ki, hər xalqın taleyində dönüş yaradan fövqəlbəşər şəxsiyyətlər vardır. Belə şəxsiyyətlərə misal olaraq, Amerikada Corc Vaşinqton, Böyük Britaniyada Uinston Çörçill, Türkiyədə  Mustafa Kamal Atatürk, Fransada Şarl de Qolla yanaşı, Azərbaycanda Heydər Əliyevi xüsusilə qeyd etmək lazımdır.
Prorektor vurğulayıb ki, elmi potensilın qorunması və inkişaf etdirilməsi hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizin Prezidenti İlham Əliyev, həmçinin Birinci Vitse-prezident Mehriban Əliyeva bütün sahələrdə olduğu kimi elm və təhsil, intellektual potensialın gücləndirilməsi sahəsində də Heydər Əliyevin siyasətini uğurla davam etdirirlər.
Çıxışçılardan professor Əli Zalov və professor İsa İsmayılov ADPU-da elmin populyarlaşdırılması və Ümummilli Lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən danışaraq, universitetdə 6 dövri-elmi jurnalın, o cümlədən, “Magistrant” dövri-elmi jurnalının nəşrini, hər il keçirilən gənc alimlər və tədqiqatçılar arasındakı müsabiqəni, beynəlxalq və respublika elmi konfranslarını qeyd edərək, əməkdaşların son illərdə yüzlərlə kitab və 1000-dən çox elmi məqalələrinin nəşr olunduğunu, beynəlxalq tədqiqat, kadr və informasiya mübadiləsi işində aktiv iştirak etdiklərini diqqətə çatdırıblar.
Daha sonra ADPU-nun  magistrantı Nurxan Rəcəbli “Ali təhsil müəssisələrinin strateji planlaşdırılması və idarə edilməsi”, BDU-nun magistrantı Ayan Mirzəyeva isə “Müasir dövrdə təhsil sistemində innovativ dəyişikliklər” mövzusunda məruzə ediblər.
Plenar iclasdan sonra Təhsildə strateji idarəetmə, İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsildə sosial-psixoloji xidmət və Tədrisin müasir problemləri bölmələri üzrə məruzələrin dinlənilməsinə başlanılıb.
Qeyd edək ki, 2 gün davam edəcək konfransda ADPU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Pedaqoji Universitetdə təhsil alan çinli magistrantların 310-a yaxın tezisi dinləniləcək. Təşkilat Komitəsinin rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək, tezislər konfrans materiallarında nəşr olunacaq.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com