Masallı rayonunda “Təsərrüfat suyundan səmərəli istifadə və qanunamüvafiq qaydada balıq saxlanılması ilə əlaqədar sənədləşmə işlərinin aparılması”na dair müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və balıq saxlanılması ilə əlaqədar sənədləşmə işlərinin aparılması barədə məlumat verib.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov məruzəsində təsərrüfat suyundan səmərəli istifadənin faydaları, qanunsuz balıqçılıq təsərrüfatlarının müəyyən mövsümlərdə müxtəlif təhlükələrə yol açmasından bəhs edib.
Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçi-müfəttişi Eynəli Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Mirkamil Həsənzadə, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov çıxışları dinlənilib.
Müşavirənin sonunda rayon ərazisində balıqçılıqla məşğul olanların sualları cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.