Masallıda, rayon gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsi rayon təhsil sektorunun və FHN-nin rayon Dövlət Yanğından Mühafizə hissəsinin daxili xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına şəhər 3 nömrəli tam orta məktəbində təşkil olunan yarışların açılış mərasimində əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komandaları salamlayan rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov yarışın əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayan “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etmək, onları orduda xidmətə hazırlamaq olduğunu bildirib.
Sonra ümumtəhsil məktəb komandalarının iştirak etdiyi yarışlara start verilib.
Hərbi-idman oyununda məktəblilərin sıra, intellektual müsabiqə, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması və s. üzrə bacarıqları yoxlanılıb.
Birinciliyin yekun nəticələrinə əsasən, S.Tağıyev adına şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin komandası ikinci, Miyənkü kənd N.Aslanov adına tam orta məktəbinin komandası üçüncü yerə layiq görülərək müvafiq dərəcəli diplomlarla, Qəriblər və Mollaoba kənd tam orta məktəblərinin komandaları isə fərlənmə diplomları ilə mükafatlandırılıblar.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.